Azərbaycan Turizm və Menecment Universitetinin Karyera və Kommunikasiya şöbəsinin təşkilatçılığı ilə “HR Talks Master” layihəsinə başlanmışdır. “HR Talks” layihəsinin I Modulundan fərqli olaraq, hazırkı layihə müxtəlif müəssisələrdə karyera imkanları və təcrübə proqramları ilə bağlı onlayn görüşləri əhatə edəcək.
Yeni layihənin ilk qonaqları Azərbaycan Dəmir Yolları QSC-nin İnsan resursları idarəsinin rəisi Tural Məmmədov, Karyeranın idarəedilməsi şöbəsinin rəisi Kəmalə Hüseynova, İşə qəbul şöbəsinin rəis müavini Sara Əliyeva, Karyeranın idarəedilməsi şöbəsinin aparıcı mütəxəssisi Dilbər Xəlilova və eyni şöbənin mütəxəssisi Ayşən Mahmudlu olub.

Unikal.org xəbər verir ki, Azərbaycan Dəmir Yolları QSC-də karyera imkanları və təcrübə proqramları ilə bağlı İnsan resursları idarəsinin rəisi Tural Məmmədov, İşə qəbul şöbəsinin rəis müavini Sara Əliyeva, Karyeranın idarəedilməsi şöbəsinin mütəxəssisi Ayşən Mahmudlu çıxış etmişdir.
 
Görüşün sonunda təqdimatçılar tələbələrin suallarını cavablandırmışlar. Təqdimatı təkrar izləmək üçün ATMU-nun rəsmi facebook səhifəsinə keçid ala bilərsiniz.

İzləmək üçün keçid: https://rb.gy/npyggr

Layihə çərçivəsində növbəti görüşlər 17 mart və 18 mart tarixlərində nəzərdə tutulur. Beləki, “Hilton Baku” və “Fairmont Hotel Baku” otellərinin İnsan resurslarının idarəedilməsi şöbəsinin əməkdaşları tələbə və məzunlara adı çəkilən otellərdə karyera imkanları və təcrübə proqramları barədə təqdimat edəcəklər.