Rusiyalı idmançı Anna Orlovskaya narkotik maddələrlə saxlanılıb.

Unikal.org-un məlumatına görə, fristayl üzrə ikiqat ölkə çempionunun üzərində 7 bağlama heroin aşkarlanıb. 

26 yaşlı idmançı bu bağlamaları lazımi ünvanlara çatdırmalı idi. Onun üzərində mobil telefonlar, bank kartları da tapılıb.

Qeyd edək ki, 2012-ci ildə iki növ üzrə Rusiya çempionu olan Anna sonradan dopinqdən istifadəyə görə iki illik diskvalifikasiya alıb.