Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçirilib.

Unikal.org xəbər verir ki, bununla da Komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdırıb.

Bu müddətdə ümumilikdə 1000-dən çox müraciətə baxılıb.

Komissiya sənədləri ümumiləşdirərək Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edəcək.

***

09:05

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının sonuncu iclası keçiriləcək.

Unikal.org xəbər verir ki, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

Bununla da komissiya növbəti əfv sərəncamının imzalanması üzrə işini yekunlaşdıracaq.

Qeyd edək ki, indiyədək komissiyada baxılan müraciətlərin sayı 950-dən çoxdur.