2016-cı ilin may ayından bəri "BBC"nin "Top Gear motor" proqramını təqdim edən alman peşəkar motor yarış sürücüsü Sabine Şmitz vəfat edib. 

Unikal.org xəbər verir ki, onun ölümünə səbəb 2017-ci ildən bəri əziyyət çəkdiyi xərçəng xəstəliyi olub.  51 yaşlı yarışçının ölüm xəbəri sevənlərini kədərə boğub.

Bildirək ki, Sabina  24 saat davam edən "Nürburgring" yarışlarında birinci yeri, 1996 və 1997-ci illərdə "BMW" , 2008-ci ildə isə  "Porsche" avtomobilləri ilə yarışlarda iştirak edərək, müxtəlif yerlər qazanıb.