“Türkiyə hər zaman Qafqaz və Orta Asiyadakı soydaşlarımızın yanındadır”.

Unikal.org xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Manas Universiteti və Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) tərəfindən “Türk dünyasının dünəni, bu günü və gələcəyi” mövzusunda keçirilən simpoziumda çıxışı zamanı deyib.

O bildirib ki, bu məsələdə Türkiyənin səmimiyyət və qətiyyətinin ən açıq göstəricisi Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsinə verilən dəstəkdir.

“44 gün boyunca informasiya cəbhəsində ortaq mübarizə bizim üçün həqiqətən qürurvericidir. Əməkdaşlığımızı bu könül birliyinin simvolu olan Türkiyə-Azərbaycan Birgə Media Platforması çərçivəsində davam etdiririk”, - deyə F. Altun vurğulayıb.