Dövlət Yol Polisi (DYP) "Antaris" MMC barəsində inzibati qaydada protokol tərtib edib.

Unikal.org-un məlumatına görə, tərtib edilən protokol baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. İşə hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Şirkət İnzibati Xətalar məcəlləsinin 347-ci (hüquqi şəxsin istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə) maddəsi ilə təqsirli bilinir.

Bu xətanın törədilməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "Antaris" MMC ofis ləvazimatlarının satışı ilə məşğul olur.

Seymur Əli