Daxili işlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, polis general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Niyaməddin Əliəhmədov Şabran RPŞ-nin Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub. O, bu təyinata qədər Sabirabad Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi olub.

Famil Fərhadoğlu