Qarabağdakı son döyüşlərdə məhv edilmiş daha bir erməni hərbçinin cəsədinin qalıqları tapılıb.

Unikal.org xəbər verir ki, bu barədə erməni KİV-lər məlumat yayıb.

Qeyd edilib ki, qalıqlar Hadrut ərazisində aşkar edilib. Onun şəxsiyyətini məhkəmə tibbi ekspertizası müəyyən edəcək.

İndiyədək Qarabağda 1503 erməni hərbçinin cəsədi və qalıqları tapılıb.