Türkiyənin "Fenerbahçe" futbol klubunun 5 futbolçusunda koronavirus aşkarlanıb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, futbolçuların adı açıqlanmayıb.

Bildirilib ki, 4 futbolçuda COVID-19 simptomları hiss olunub və onlardan götürülən test nəticələri pozitiv çıxıb. Daha sonra bütün klub üzvləri test prosesinə cəlb olunub və daha bir futbolçunun virusa yoluxduğu məlum olub.