Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter hesabında paylaşım edib.

Unikal.org xəbər verir ki,paylaşımda deyilir:

"Ermənistanın Azərbaycan xalqınının əmlakına qarşı ələ keçirilmiş torpaqlarda ağlasığmaz vandalizm törətdikdən sonra Azərbaycana qarşı hər hansı bir iddia irəli sürmək üçün mənəvi haqqı yoxdur. Ermənistan II Dünya müharibəsindəki işğalçı dövlətlər kimi Azərbaycan xalqından üzr istəməli və məsuliyyəti öz üzərinə götürməlidir."