"Qarabağ" klubunun qapıçısı Emil Balayev ilk dəfə Azərbaycan yığmasında kapitan sarğısını taxıb.

Unikal.org xəbər verir ki, 27 yaşlı qolkiper Qətərə qarşı beynəlxalq yoldaşlıq matçında komandanı kapitan kimi meydana çıxarıb.

Bundan əlavə, "Zirə" klubunda çıxış edən Sertan Taşqın millinin heyətində start heyətdə yer almaqla debüt edib.