Myanmada hərbi rejim əleyhinə keçirilən etiraz aksiyalarında 570-ə yaxın vətəndaş həyatını itirib.

Unikal.org  xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 2728 nəfər polis nəzarəti altındadır, 443 nümayişçinin həbsinə qərar verilib.

Qeyd edək ki, Myanmanın Yanqon, Mandalay, Myeik, Vundvin, Meikhtila və Kyaukpadaunq şəhərlərində aksiyalar zamanı polis və ordu qüvvələri tərəfindən nümayişçilərə dəfələrlə atəş açılıb.

Fevralın 1-də Myanma ordusu ölkədə bir il müddətinə fövqəladə vəziyyət elan edib və 2020-ci ilin noyabr seçkilərində genişmiqyaslı saxtakarlığın olması ilə əlaqədar ölkə başçısını vəzifəsindən uzaqlaşdırıb. Hərbçilər hakimiyyətin silahlı qüvvələrin baş komandanı Min Aun Xlainə keçdiyini bildiriblər. Bununla yanaşı, vitse-prezident Myint Sveni müvəqqəti prezident təyin ediblər.