Türkiyə Yunanıstanın ölümə tərk etdiyi 27 qaçqını xilas edib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çanakkale bölgəsinin Ayvacık ilçəsində Yunanıstan tərəfindən Türkiyənin daxili sularına doğru qovulan köməksiz vəziyyətdəki qaçqınlar sahilə çıxarılıb.

Qaçqınlara zəruri ilkin tibbi yardım göstərilib və onların ehtiyacları qarşılanıb. Hazırda araşdırmalar aparılır.