“Bu yaxınlarda tibb işçiləri və icra başçısı həbs edildi. Niyə icra başçıları bundan örnək götürmürlər?”

Unikal.org xəbərinə görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclis deputatı Fazil Mustafa deyib.

Onun sözlərinə görə, Azərbaycanda ciddi struktur islahatlarına başlanılmalıdır:

“Bakı Böyük Şəhər Bələdiyyəsi yaradılmalıdır. Bununla bağlı da seçki keçirilməlidir. Siyasi partiyalar da bu seçkilərdə iştirak etsinlər”.