Xalq artisti Səməd Səmədov MTV kanalına bəzi  açıqlamalar verib. 

Unikal.org xəbər verir ki,  müğənni, Rəqsanə İsmayılova və  əkiz bacıların Rusiyaya işləməyə gedən ifaçıları təhqir etməsinə münasibət bildirib.

"Rəqsanə, ora gələnlər sənin dostların, sənət yoldaşlarındır. 20-25 ildir sənətdəsən, həmin ifaçılarla konsertlərdə, toylarda çiyin-çiyinə olmusan. Gediblər pul qazanmağa. Niyə haqlarında elə deyirsən?".

S.Səmədov Sevil və Sevinc Səfərova bacılarının "Rusiyada göyərti qiymətinə oxuyurlar" sözlərini də tənqid edib:

"O ki qaldı ucuz, göyərti qiymətinə toya getməyə... Məsləhət görməzdim belə deyilsin. Göyərti qiymətinə getsələr də, deyin 10-20-30 minə toya gedirlər. Tapdalamayın... Musiqiçi dostlardan xahiş edirəm, bizim sənəti tapdalamayın".