Almaniya çempionu "Bavariya” ilə yolları ayıran David Alabanın yeni klubu bəllidir. 

Unikal.org  xəbər verir ki, 28 yaşlı cinah müdafiəçisi karyerasını Madrid "Real”ında davam etdirəcək. İnformasiyanı İspaniya klubunun rəsmi saytı yayıb. Paytaxt klubuna azad agent statusu ilə keçən David 5 illik müqaviləyə imza atıb. 
 
Peşəkar karyerasına məhz "Bavariya”da başlayan Alaba 13 il idi Münhen təmsilçisinin formasını geyinirdi. 2011-ci ildə "Hoffenhaym”da icarədə oynamış futbolçu "Bavariya” ilə 27 titul qazanıb.