Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin rəhbəri Fərid Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Çikaqo şəhərində 28 May – Respublika Günü münasibətilə aksiya keçirilib.

Bu barədə Unikal.org-a komitədən məlumat verilib.

Aksiya zamanı Çikaqo şəhərinin mərkəzində yerləşən "Daley Center"də Azərbaycanın üçrəngli dövlət bayrağı qaldırılıb. Azərbaycan bayrağının 3 gün ərzində həmin ərazidə dalğalanması nəzərdə tutulub.