Ermənistanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 108 yoluxma halı qeydə alınıb.

Unikal.org-un məlumatına görə,  Ermənistan Səhiyyə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ölkədə indiyə qədər koronavirusa yoluxanların ümumi sayı 222 778 nəfərə çatıb.

Son sutka ərzində 7 nəfər koronavirusdan ölüb və bununla da Ermənistanda infeksiyaya yoluxaraq ölənlərin ümumi sayı 4438 nəfərə çatıb.