Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyat Könüllüləri” proqramına qəbul üzrə müsahibə mərhələsi başa çatıb. Müraciət edən 400 nəfər namizəddən 168 nəfər müsahibə mərhələsinə seçilib və 47 nəfəri uğur qazanaraq könüllülük proqramına qəbul olunub.

BNA-dan Unikal.org-a verilən məlumata görə, seçilən könüllülər Agentliyin struktur bölmələrində, eləcə də tabeli qurumların fəaliyyətlərinə cəlb olunacaq. 

Könüllülərin fəaliyyətləri ilə bağlı yenilik və dəyişikliklər “Nəqliyyat Könüllüləri”nin sosial şəbəkələrdəki rəsmi səhifələrində mütəmadi olaraq yayımlanacaq. 

Xatırladaq ki, bu sayca üçüncü könüllülük proqramıdır. 2020-ci ildə keçirilən proqram çərçivəsində 60 nəfər iştirak edib. 36 nəfər məzun adını qazanıb, 4 nəfər isə Bakı Nəqliyyat Agentliyində işlə təmin olunub.