"Azərbaycan vətəndaşları, o cümlədən AzTV və AZƏRTAC Xəbər Agentliyinin əməkdaşlarının həlakı barədə xəbər bizi son dərəcə sarsıtdı. Yaralananlara şəfa diləyirik".

Unikal.org xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı Səfirliyinin feysbuk səhifəsində bildirilib

"Təəssüflər olsun ki, Qarabağ müharibəsinin əks-sədaları hələ də Azərbaycan torpağında eşidilir" - səfirlik qeyd edib.