Kəlbəcərdə minaya düşərək həlak olan jurnalist, AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimov dəfn olunub.

Unikal.org xəbər verir ki, şəhid jurnalistin cənazəsi Abşeron rayonu, Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.

Kəlbəcərdə şəhid olan AzTV əməkdaşı Sirac Abışov da bu gün son mənzilə yola salınıb.

***

12:22

Kəlbəcərdə minaya düşərək şəhid olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovla vida mərasimi başlayıb.

Unikal.org xəbər verir ki, mərasim Binəqədi rayonu, Rəsulzadə qəbəbəsindəki evində keçirilir.

Şəhid jurnalist Abşeron rayonu, Müşviqabad qəsəbəsindəki qəbiristanlıqda valideynlərinin məzarı yanında dəfn olunacaq.

Fotolar: Müzəffər İsmayılov