Məşhur aktyor Arnold Şvartsenegger həyat yoldaşı Mariya Şrayverlə ayrıldıqdan 10 il sonra rəsmi formada boşanıb.

Unikal.org  xəbər verir ki, kino ulduzunun həyat yoldaşı hələ 2011-ci ildə, Arnold evdə çalışan qulluqçu ilə münasibəti olduğunu etiraf etdikdən sonra boşanmaq üçün məhkəməyə müraciət etmişdi.

Dörd uşağa sahib olan cütlük bütün məsələləri dostcasına həll etməyi planlaşdırır. Keçmiş ər və arvadın maliyyə məsələsini necə yoluna qoyacağı bəlli deyil. Onların mülklərinin dəyərinin 400 milyon dollardan çox olduğu və aralarında heç bir nikah müqaviləsi olmadığı üçün tərəflər arasında bərabər bölünəcəyi qeyd edilir.