ABŞ-ın Mayami Deyd şəhərində yaşayış binasının uçması zamanı ölənlərin sayı 9 nəfərə çatıb.

Unikal.org xəbər verir ki, bu barədə Mayami Deyd dairəsinin rəhbəri Daniella-Livayn Kava deyib.

“Gecə 4 nəfərin meyitini aşkarladıq. Bununla da ölənlərin sayı 9 nəfərə çatdı”, - o deyib.

Qeyd edək ki, sözügedən bina bir neçə gün öncə qismən dağılıb.