Ermənistan Azərbaycan ərazisində İkinci Qarabağ müharibəsi zamanı öldürülmüş hərbçilərinin qalıqlarının axtarışlarını bərpa edib.

Unikal.org xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Məlumata görə, cəsəd qalıqlarının axtarışı bazar ertəsi səhər saatlarından başlayıb. Axtarış əməliyyatları Ağdərə istiqamətində, Suqovuşanda həyata keçiriləcək.

Xatırladaq ki, İrəvan rəsmi olaraq indiyə kimi axtarış müddətində 1585 nəfərin cəsədi və ya cəsəd qalıqlarının tapıldığını və ya Ermənistan tərəfinə verildiyini bəyan edib. Yerli media isə, əslində rəqəmlərin iki dəfə çox olduğunu yazır.