Azərbaycan Ordusunun hərbi hissələrinin komplektləşdirilməsi məqsədilə hərbi xidmətə yeni gələn çağırışçıların bölgüsü prosesi başa çatdırılıb.

Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə nazirinin müvafiq əmrinə əsasən yaradılan komissiya "2021-ci ilin iyul ayında hərbi hissələrə gənc heyətin göndərilməsi planına" uyğun olaraq çağırışçıların bölgüsünü həyata keçirib.

Çağırışçıların hərbi hissələr üzrə bölüşdürülməsi əks-ərazi prinsipi nəzərə alınmaqla xüsusi kompüter proqramı vasitəsi ilə həyata keçirilib.