İngiltərənin "Everton" klubunun yeni baş məşqçisi açıqlanıb.

Unikal.org  Mersisayd təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda ispaniyalı mütəxəssis Rafael Benitesə tapışırılıb.

Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. Baş məşqçi iyulun 5-də işə başlayacaq. Benites İspaniyanın "Real Madrid" klubu ilə müqavilə imzalamış Karlo Ançelottini əvəzləyib.

Qeyd edək ki, Rafael Benites 2006 - 2010-ci illərdə "Everton"un əzəli rəqibi "Liverpul"a rəhbərlik edib.