Konfrans Liqasına hazırlaşan "Qarabağ" və "Sumqayıt" bu gün yoxlama oyununda üz-üzə gəliblər.

Unikal.org xəbər verir ki, "Azərsun Arena"da keçirilən görüşdə Ağdam təmsilçisisi 3:1 hesabı ilə qalib gəlib. Komandanın qələbə qollarını İsmayıl İbrahimli, Seyxan Fərəcov və Filip Ozobiç vurublar. "Sumqayıt"dan isə Rəhim Sadıqov fərqlənib.

18:30. "Qarabağ" - "Sumqayıt" - 3:1
Qollar: İsmayıl İbrahimli, 25(1:0), Rəhim Sadıxov, 40 (1:1), Seyxan Fərəcov, 55 (2:1), Filip Ozobiç, 85 (3:1)