“Sabah” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə yollarını ayırıb.

Unikal.org paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun başa çatan müqaviləsi yenilənməyib.

Qeyd edək ki, forvard 2020-ci ilin fevralından "Sabah"ın formasını geyinib. Şeydayev bu komandada keçirdiyi 29 oyunda 6 qola imza atıb.