"Barselona" ilə ilk dəfə müqavilə imzalamasından 7504 gün keçən Leo Messi, bu gündən azad agentdir.

Unikal.org "Marca"ya istinadən xəbər verir ki, bu durum klubun prezidenti Joan Laportanı çox da narahat etmir. O, argentinalı ulduz barədə bu sözləri deyib:

"Leonun qalmasını istəyirik, o da qalmaq istəyir. Hər şey yaxşıya doğru gedir. Çalışırıq ki, hamının məmnun qalacağı bir həll yolu tapaq. Onun qaldığını demək istərdim, lakin deyə bilmərəm. Çünki hələ ki, danışıqlar aparırıq".

Qeyd edək ki, iyun ayının baş çatması ilə azad agent olan 34 yaşlı hücumçu, 2004-cü ildən "Barselona"nın şərəfini qoruyur.