“Qarabağ” klubu Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevlə 2 illik müqavilə imzalayıb.

Unikal.org Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu 77 nömrəli formanı geyinəcək.

Şeydayev 2017/2018 mövsümündə icarə əsasında "Qarabağ"da çıxış edib.