İyulun 5-də 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test mərhələsinə start verilib.

Təhsil Nazirliyindən Unikal.org-a verilən məlumata görə, imtahanların ilk günündə fizika və informatika fənni üzrə 2000-dən çox namizəd iştirak edib. İmtahanda fizika fənni üzrə Arzu Quliyeva yüksək bal (59) toplayıb.

Qeyd edək ki, mövcud pandemiya şəraitini nəzərə alaraq müsabiqənin test imtahanı mərhələsi Bakı, Abşeron, Sumqayıt, Gəncə, Masallı, Ağcabədi, Şirvan, Balakən, Quba, Şamaxı, Mingəçevir və Kürdəmirdə yaradılmış müvafiq imtahan mərkəzlərində keçirilir. Test imtahanı mərhələsi avqustun 2-də başa çatacaq.