"Neftçi"nin sabiq futbolçusu Denilson Pereyra karyerasını Portuqaliyada davam etdirəcək.

Unikal.org xəbər verir ki, braziliyalı hücumçu "Pasuş de Ferreyra" komandasına keçib. Klubun rəsmi saytı 26 yaşlı forvardla 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, 2016-cı ildə "Neftçi"nin formasını geyinmiş Denilson "ağ-qaralar"ın heyətində meydana çıxdığı 9 oyunda 1 qol vurub.