İngiltərənin "Vulverhempton" klubunun futbolçusu Ruben Neves Premyer Liqada komandasını dəyişə bilər.

Unikal.org xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikolo Şira məlumat yayıb. Məlumata görə, portuqaliyalı futbolçu yeni mövsümdən "Arsenal"ın şərəfini qoruya bilər. "Topçular" yarımmüdafiəçiyə 5 illik müqavilə təklifi göndərib. Tərəflər arasında danışıqların davam etdiyi bildirilir.

2017-ci ildən "Vulverhempton"un şərəfini qoruyan 24 yaşlı futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.