İngiltərənin “Liverpul” klubu gənc futbolçusu Harvi Elliotla yeni müqavilə imzalayıb.

Unikal.org xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 18 yaşlı futbolçuyla uzunmüddətli müqavilənin imzalandığı bildirilir. Sözləşmənin detalları barədə məlumat verilməyib.

Mersisayd klubu Elliotu 2019-cu ildə “Fulhem”dən heyətinə qatıb.