Yaponiyanın Sidzuoka prefekturasının Atami şəhərində baş vermiş torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 10 nəfərə yüksəlib.

Unikal.org-un məlumatına görə, bu barədə "Kiodo" agentliyi bildirib.

Qeyd edilir ki, təxminən iyirmi insan itkin düşmüş hesab edilir. Ancaq qeyd olunur ki, bu say arta bilər.

İtkin düşənlərin axtarışı üzrə əməliyyat dünən səhər yenidən davam etdirilib.

Sürüşmə nəticəsində təxminən 130 ev dağıntıya məruza qalıb. İndiyə qədər 18 nəfərin yerini müəyyənləşdirmək mümkün olmayıb. 500-dən çox insan müvəqqəti otellərə yerləşdirilib.

Mütəxəssislər fəlakətin vurduğu maddi zərərin real miqyasını qiymətləndirməkdə çətinlik çəkir. 

Ağarza Elçinoğlu