Əfqanıstanın Milli Təhlükəsizlik Qüvvələrinin əyalətlərdə keçirdiyi əməliyyatlar zamanı 254 "Taliban" terrorçusu öldürülüb.

Unikal.org  xəbər verir ki, bu barədə Əfqanıstan Müdafiə Nazirliyinin "Twitter" səhifəsi paylaşım edib. Qeyd edilir ki, 97 yaraqlı yaralanıb.

Xatırladaq ki, hökumət qüvvələri ötən gün Qəzni, Qəndəhar, Herat, Farah, Cauzcan, Balx, Samanqan, Hilmand, Tahar, Kunduz, Baqlan, Kabul və Kapisa əyalətlərində geniş miqyaslı əməliyyatlar həyata keçiriblər.