Rumıniyada 4,1 bal gücündə zəlzələ baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Vasluy rayonunda, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.