İranın Qəzvin vilayətində baş vermiş daşqın azı dörd nəfərin həyatına son qoyub.

Unikal.org xəbər verir ki, bu barədə yerli “IRIB” telekanalı məlumat yayıb.

Bundan başqa, iki nəfər xəsarət alıb. Hadisə Abaj rayonunda qeydə alınıb. Belə ki, leysan yağışlar 45 dəqiqə davam edib.

Bu zaman kəsiyində 36 mm-dək yağıntı düşüb. Təxminən eyni miqdarda yağış əyalətdə bütün yaz dövründə düşür.