Türkiyənin Muğla-Datça Aktur bölgəsində vətəndaşlar kolların altında gizlədilmiş günəşin istiliyindən alışa bilən sıxılmış barıtdan hazırlanmış torpedalar tapıblar.

Unikal.org xəbər verir ki,  insanlar həmin görüntüləri  sosial  şəbəkədə  paylaşaraq,  diqqətli olmağa  səsləyiblər.  Belə  ki,  türkiyəli  vətəndaşlar  meşə yanğınlarını bu səbəbdən baş verdiyini və  terrorçuların əməli olduğunu vurğulayıblar.