Əməkdar artist Vasif Məhərrəmli bir neçə il əvvəlki müsahibəsində qalmaqala səbəb olan “Heç vaxt mazut iyi gələn adamın yanında oturmuram” sözlərinə aydınlıq gətirib.

Unikal.org xəbər verir ki, sənətçi “Onun sirri” verilişində “Kişidən mazut iyi gələr” deyimi ilə razılaşmadığını bildirib:

“Niyə mazut iyi gəlməlidir? Kişinin üstündən ətir iyi gələr. Deməmişəm ki, heç vaxt oturmaram. Demişəm ki, “mən onun yanında niyə oturmalıyam”. Tək mazut iyi yox, natəmiz adamın yanında, küçədəki "bomj"un, pis qoxu verən adamın yanında mən niyə oturmalıyam? Sual vermişəm ki, “niyə oturum, niyə o əziyyəti çəkim”. Hətta mənim sənət dostlarım var ki, doğurdan da yanlarından keçiləsi deyil, pintidirlər. Mənim məqsədim təmizkarlığın təbliğatını aparmaq olub”.