"Səhhətim yaxşıdır.  Demək olar ki, hər şey qaydasındadır.  Toylara da dəvət alıram". 

Bunu Unikal.org-a xalq artisti Niyaməddin Musayev açıqlamasında deyib.  Müğənni  toylara getsə də,  koronavirusdan qorunduğunu dilə gətirib:

"Koronavirusa yoluxmağımın 6 ayı tamam olmadığına görə, hələ ki,  vaksin vurdurmamışam. Buna baxmayaraq, el şənliklərində  iştirak edirəm". 

Qeyd edək ki,  aprel ayında Covid-19-a yoluxan xalq artisti  20  gün xəstəxanada müalicə aldıqdan sonra sağlamlığına qovuşmuşdu.  

Gülayə  Mecid