Türkiyənin Marmaris bölgəsində 8 gündür davam edən yanğınlar söndürülüb.

Unikal.org xəbər verir ki, bu barədə yerli bələdiyyə sədri Mehmet Oktay açıqlama verib. 

O,  açıqlamasında yanğının söndürüldüyünü qeyd edib:

"Yanğın nəhayət başa çatdı və soyutma işlər başlayıb. Əməyi keçən başda meşə işçiləri olmaqla hamıya təşəkkür edirəm".

Hatay bələdiyyəsinin Dördyol bölgəsində meşə yanğınına müdaxilə edən əsgərlər yanğının söndürülməsində əhəmiyyətli dərəcədə səy göstərib. Yanğını söndürməkdən qürur duyan əsgərlər, marş oxuyaraq xidməti ərazilərinə qayıdıblar. 

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat verib.

Ağarza Elçinoğlu