“Bu gün Azərbaycan Prezident İlham Əliyevin tapşırığı əsasında 200 nəfərlik növbəti yanğın-xilasetmə qrupu Dalaman hava limanına eniş edəcək”.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

XİN rəhbərinin sözlərinə görə,  Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almaması üçün can Azərbaycan peşəkar yanğın-xilasetmə qrupu və texniki dəstək göndərib.

“Dünən can Azərbaycandan Gürcüstan üzərindən quru yolla gələn 162 nəfərlik yanğın-xilasetmə qrupu və 40 yanğınsöndürmə texnikası Türkiyəyə çatıb”, - deyə Çavuşoğlu qeyd edib.

Xatırladaq ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, avqustun 6-da Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – dördüncü qrupu Türkiyəyə yola düşüb.