“Azərbaycandan daha 362 nəfər yanğınsöndürən və 41 yanğınsöndürən maşın gəlib”.

Unikal.org xəbər verir ki, bunu Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli avqustun 7-də keçirdiyi mətbuat konfransında bildirib.

"Azərbaycana, Ukraynaya, Rusiyaya və İrana xüsusi ilə təşəkkürümü bildirmək istəyərəm", - nazir vurğulayıb.

Onun sözlərinə görə, 223 yanğından 217-si nəzarət altına alınıb.