"Qərb-2021" təlimləri sentyabrın 10-dan 19-dək Rusiya və Belarus ərazisində keçiriləcək. Tədbirlərə hazırlaşmaq məqsədilə rusiyalı hərbçilər iyulun sonundan etibarən Brest şəhərinə toplaşmağa başlayıblar.

Unikal.org "Financial Times"a istinadən xəbər verir ki, Latviya sərhədlərində miqrasiya böhranı, eləcə də qarşıdan gələn "Qərb-2021" təlimləri rusiyalı hərbçilərin NATO qüvvələri ilə Baltika ölkələri və Polşada toqquşma ehtimalını artırır. 

 Qeyd edək ki, bunu Latviyanın Xarici İşlər naziri Edqar Rinkeviç deyib.

Diplomatın sözlərinə görə, Rusiya-Belarus manevrləri səbəbindən "bəzi fəaliyyətlər"in tam anlaşılmaması riski böyükdür:

"Əgər sərhəd böhranı yaşayırsınızsa, Şimali Atlantika Alyansının sərhədləri yaxınlığında nəhəng hərbi təlimlər keçirilirsə, bizim tərəfimizdə (Litva, Estoniya və Polşa) ordunun mövcudluğunu artırırsınızsa, bu, əlbəttə, insidentlərin yaranma ehtimalını artırır". 

Ağarza Elçinoğlu