Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi münasibətilə Ukraynada nəşr olunmuş "Leyli və Məcnun" kitabı ölkənin bir sıra kitabxanalarına verilib. 

Unikal.org "Sputnik"ə istinadən xəbər verir ki, "Leyli və Məcnun" ümumiyyətlə ölkənin 20-yə yaxın kitabxanasında oxuculara təqdim olunacaq.

Xatırladaq ki, bu il dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi keçirilir.  Ona görə də bu il məhz "Nizami Gəncəvi ili" adlandırılıb. 

Ağarza Elçinoğlu