Hollivud ulduzu Ceyn Uizers vəfat edib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, bu barədə 95 yaşlı aktrisanın qızı məlumat yayıb.

O, anasının ölüm səbəbi barədə isə heç bir məlumat verməyib.

Qeyd edək ki, C.Uizers aktrisalıq fəaliyyətinə 3 yaşı olarkən başlayıb. O, 1934-cü ildə "Parlayan gözlər" filmindəki obrazı ilə tanınıb. Hollivud ulduzu iki dəfə "Oskar" mükafatına layiq görülüb.