Conni Depp, "San Sebastian" film festivalından bir ömür boyu uğur mükafatı alacaq.

Unikal.org xəbər verir ki, sözügedən festival rəsmilərinin verdiyi açıqlamada, 22 sentyabrda "Donostia" mükafatının veriləcəyi bildirilib.  

C.Depp "Müasir kinonun ən istedadlı və çoxyönlü aktyorlarından biri" olaraq qiymətləndirilib.

Əvvəlki mükafat alanlar arasında Viggo Mortensen, Penelope Kruz və Cudi Denç də var.

Ağarza Elçinoğlu