Təhsil Nazirliyi vaksin vurdurmayan valideynlərin övladlarının məktəbə buraxılmayacağı ilə bağlı yayılan məsələyə münasibət bildirib.

Nazirlikdən Unikal.org-a bildirib ki, Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinə qeyd edilən məsələ ilə bağlı heç bir tələb qoyulmayıb və bu mövzuda tapşırıq verilməyib.