Respublika üzrə bütün pensiyaların ödənişinin tam yekunlaşacağı tarix açıqlanıb.

Bu barədə Unikal.org-a Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə Əlaqələr Departamentindən məlumat verilib.

Qeyd edilib ki, avqustun 13-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşacaq.